Rusiya polisi Simferopola şəhərində yerləşən, Krım tatarlarına məxsus ATR kanalının və “15 dəqiqə” mətbu yayımının redaksiyasında axtarışa başlayıblar.
Avropa.info xəbər verir ki, axtarışı kanalın sahibi Lenur İslamova açılan cinayət işi ilə bağlıdır. Lenur İslamov Krıma ərzaq blokadası tətbiq edilməsi ideyasını təklif edənlərdən biridir.
Hüquq müdafiəçilərinin axtarış zamanı kompüterlər, çəkiliş aparatları müsadirə edilir, jurnalistlər hadisə yerinə buraxılmırlar. Daha əvvəl axtarışın kanalın baş direktoru Elzar İsmayılovun, müavini Liliya Bucurovanın evində aparıldığı bildirilmişdi.