Universitetdə partlayış: 23 tələbə öldü — VİDEO

11-11-2015, 09:54           

Universitetin önündə baş vermiş partlayış nəticəsində 23 nəfərin öldüyü bildirilir.

Ölkə.az xəbər verir ki, ağır yaralanmış daha 60 nəfər Latakiya universitetinin yaxınlığındakı xəstəxanaya çatdırılıblar.

Bəzi məlumatlara görə universitetin önündə bomba partladılıb, bəzi məlumatlara görə isə əraziyə iki "Qrad" raketi düşüb.

Şəhərdə fövqəladə vəziyyət elan olunub. Suriyanın bu şəhərində həm də Rusiya hərbi dəniz və hərbi hava qüvvələrinin bazaları yerləşir.

Partlayışın baş verdiyi ərazinin yaxınlığında həmçinin müştərilərinin əksəriyyətini rus jurnalistlərin təşkil etdiyi hotellər yerləşir.

Ölənlərin və yaralananların kimliyi araşdırılır.
[media=https://www.youtube.com/watch?v=_GqmmIvoOXw]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.