Hindistan Britaniya kraliçanın tacını bəzəyən brilyantı geri alır

11-11-2015, 10:05           
Hindistan Britaniya kraliçanın tacını bəzəyən brilyantı geri alır
“Bollivud” aktrisası Bumika Sinqx və hind biznesmenləri qrupu əfsanəvi “Koxinor” brilyantının qaytarılması üçün Böyük Britaniyaya qarşı iddia irəli sürməyə hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, onlar kraliça II Elizabetin tacını bəzəyən qiymətli daşın ölkədən çıxarılmasını qanunsuz hesab edirlər.

Bumika Sinqx qeyd edib ki, “Koxinor” milli mədəniyyətin bir hissəsidir və Hindistana qaytarılmalıdır. Təşəbbüsə maliyyə dəstəyi “Tito's” turizm şirkəti verir. Qrup ədaləti Hindistan məhkəmələri ilə yanaşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsində axtaracaqlar.

Qənimət kimi ələ keçirilən brilyant 1850-ci ildə Britaniya kraliçası I Viktoriyaya hədiyyə edilib. 1952-ci ildə isə brilyant taxta çıxan II Elizabetin tacının bəzədilməsində istifadə olunub. KİV-in qiymətləndirməsinə görə, qiymətli daşın qiyməti 100 milyon funt sterlinq təşkil edir.

“Koxinor” brilyantının qaytarılması barədə qərarı isə kraliça yalnız hökumətlə razılaşdıra bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.