İran iki nüvə zavodunda söküntü işlərini dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Məlumatı Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani təsdiqləyib.
Xatırladaq ki, İran Qərb ölkələri ilə imzaladığı sazişə əsasən, sanksiyaların ləğv edilməsi qarşılığında nüvə zavodlarının sökülməsinə razılıq vermişdi.