Səudiyyə Ərəbistanı ABŞ-a qarşı böyük "neft müharibəsi"nə başlayır

12-11-2015, 20:20           
Səudiyyə Ərəbistanı ABŞ-a qarşı böyük "neft müharibəsi"nə başlayır
Səudiyyə Ərəbistanın amerikalı rəqibləri ilə mübarizədə “stavka”nı ikiqat qaldırır.

Avropa.info xəbər verir ki, bu haqda “Forbes” jurnalı yazır. Jurnal qeyd edir ki, Səudiyyə valyuta ehtiyatından artıq 100 milyard dollar xərcləyib. Onları hasilatı azaltmamaq qərarı nəticəsində “Brent” markalı neftin dünya bazarındakı qiymətini 50 dollardan aşağı səviyyədə qalır. Döyüşü udmaq üçün isə Səudiyyə Ərəbistanı daha çox pul xərcləməli olacaq.

“Stavka”nı qaldırmaq üçün isə ərəblər qiymətli kağızların beynəlxalq bazarına çıxmağa hazırdırlar. Onlar nəinki dünya bazarında paylarını qorumaq, həmçinin ABŞ-dan olan rəqiblərinin həyatını qaraltmaq istəyirlər.

Salans neftinin çıxarılması sahəsində Səudiyyə Ərəbistanı amerikalı rəqiblərini artıq sıxışdırıb çıxarmağa başlayıb. Neft qiymətlərinin aşağı olması ucbatından ABŞ-da fəaliyyət göstərən buruqların sayı 1925-dən 711-ə düşüb. 20 şirkət bankrot elan edilib. Onlardan biri 7 milyard sərmayə qoyulmuş “Samson Resources” şirkətidir.

ABŞ-da slans neftinin hasilatı sutkada 500 min barelə düşüb. Ancaq əvvəlki kimi bu ölkədə hər gün 9,1 milyon ton neft çıxarılır. 3 il əvvəl bu rəqəm 6,8 milyon idi.

Buna baxmayaraq Səudiyyə kralı təslim olmaq fikrində deyil. Növbəti 5 ildə ölkə bor öhdəliyini EDM-in 50%-i qədər qaldıraq istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.