Ukraynada İran səfirinə tualet fırçası, diş pastası göndərildi - VİDEO

13-11-2015, 12:17           
Ukraynada İran səfirinə tualet fırçası, diş pastası göndərildi - VİDEO
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu İranın Ukraynadakı fövqəladə və salahiyyətli səfirinə İranın İRİB TV-2 kanalında yayımlanan “Fitilə” adlı televiziya komediyasında azərbaycanlıların təhqir olunmasına etiraz olaraq xüsusi qutuda tualet fırçası və diş pastasını "hədiyyə" göndərib.

Bu barədə məlumatı XəzərNews.az-a UABD-dən veriblər. "Ərməğan"ı səfirliyə bu gün səhər saatlarında “kuryer” vasitəsilə göndərən UABD fəalları bu aksiya ilə bağlı sosial video-çarx da hazırlayaraq ictimaiyyətə təqdim ediblər. Bununla da UABD fəalları sosial-ictimai aksiyaya hamını dəvət ediblər. Dünyanın müxtəlif ölkələrində olan İran səfirliklərinə bu cür “hədiyyələr”in göndərilməsinə çağırış olan həmin video- çarxı diqqətinizə çatdırırıq.
Qeyd edək ki, bir çox milli-ideoloji layihələrə imza atan UABD həmyerlilərimizin mənafeyini qoruyan Azərbaycan diaspor təşkilatlarındandır. Təşkilatın rəhbəri Hikmət Cavadovdur. Bu ictimai etiraz layihəsinin sosial şəbəkələrdə yayılma və dəstək alma prosesinin inkişaf mərhələsilə sizi tanış edəcəyik.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.