İran da “Putin İttifaqı”na qoşulmaq istəyir

13-11-2015, 12:23           
İran da “Putin İttifaqı”na qoşulmaq istəyir
“Ümumilikdə bu ideyanı alqışlayırıq”.

İranın Avrasiya İqtisadi İttifaqına birləşməsi 2-3 il ərzində həll edilə bilər, Tehran ümumilikdə bu ideyanı alqışlayır.

Oxu.az xəbər verir ki, bu barədə RİA Novosti-yə cümə axşamı İranın rabitə və kommunikasiya naziri, ikitərəfli hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi bildirib.

“Ümumilikdə biz bu ideyanı alqışlayırıq. Amma belə məsələ üzrə müzakirə vaxt tələb edir. Müxtəlif nazirliklər səviyyəsində böyük iş aparmalı və müxtəlif məsələləri müzakirə etmək lazımdır, danışıqlar 2-3 il vaxt apara bilər”, bu barədə o, Rusiya-İran hökumətlərarası komissiyanın Moskvada keçirilən iclasında bəyan edib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı Gömrük İttifaqı və Vahid iqtisadi məkanın bazasında yaradılan və cari ilin yanvar ayının 1-dən fəaliyyət göstərən beynəlxalq iqtisadi birlikdir. Avrasiya İqtisadi İttifaqının üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.