Güney Azərbaycanda iğtişaşlara səbəb olan "Fitilə" proqramını kimlər hazırlayıb? - Araşdırma
13-11-2015, 14:27
Bildiyimiz kimi noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilib, alçaldılıb.
Noyabrın 9-dan başlayaraq İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb.Hadisə Sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub.Maraqlı məqamlardan biri isə bu proqramın hazırlayanların əslən türk olduğu mülahizəsi olub.Hadisəyə marağı nəzərə alaraq xeberle.com araşdırma aparıb.Məlum olub ki,yayılan bu məlumat heç də həqiqəti əks etdirmir.Belə ki,proqramı hazırlayan Aktyorlar - Əli Firutən, Həmid Goli milliyətcə fars Məhəmməd Moslemi (bu həm də verilişin rejissorudur) isə talışdır və əslən Ənzəli şəhərindədir.İran televiziyasının 2 ci dövlət kanalının rəhbəri - Məhəmmədrza Cəfəri Celvə,Bütün İran televiziya kanallarının baş müdiri-Məhəmməd Sərəfra,verilişin prodüseri Əlirza Aqayi də milliyətcə farsdırlar.
Göründüyü kimi sosial şəbəkələrdə yayılmış bu xəbər heç də həqiqəti əks etdirmir.