Rusiya Qarapapaq Türkləri Milli Şurasının Moskvadakı Mərkəzi ofisində axtarış aparılıb.
Bu barədə Axar.az-a Ukrayna Qarapapaq Türkləri Milli Şurasından məlumat verilib. Təşkilat axtarışın Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən aparıldığını bildirib. Axtarışlar məhkəmə qərarı olmadan aparılıb. FTX (FSB.- Red.) təşkilatın ofisindən 2 ədəd personal kompüter və Ukrayna Qarapapaq Türkləri Milli Şurası ilə rəsmi yazışmaların olduğu qovluqları müsadirə edib.
Qeyd edək ki, bu gün Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədov Pakistan və Azərbaycana onu öz vətəndaşlığına qəbul etməsi haqqında müraciət ünvanlayıb.
Rusiya və Gürcüstan Daşqın Gülməmmədovu beynəlxalq axtarışa verib.