Forbes: “İŞİD, Rusiya, Gürcüstan və Ukrayna...”

13-11-2015, 22:06           
Forbes: “İŞİD, Rusiya, Gürcüstan və Ukrayna...”
“Vladimir Putin Suriyaya müdaxilə edən kimi bütün dünyanın diqqəti Şərqi Avropadan Suriyaya yönəldi. Həmin vaxt “Gürcü arzusu” koalisiyasının “Rustavi-2” müxalifyönlü telekanalını ələ keçirməsi üçün əlverişli imkan yarandı”.

Publika.az xəbər verir ki, bu barədə “Forbes” jurnalında siyasi müşahidəçi Melik Keylan yazıb.

Onun sözlərinə görə, “Soyuq müharibə”nin ən qızğın vaxtlarında Qərb dünyası Moskvanın bütün Şərq blokunda öz hərəkətlərini əlaqələndirdiyini anlayırdı: “Gəlin bu yaxınlardakı hadisələrin xronologiyasına baxaq və anlayacağıq ki, hadisələr Kremlin diqtəsi ilə baş verir. Ukraynada atəşkəs əldə olunan kimi Suriyaya hərbi müdaxiləni izlədik. Ukraynadakı yerli seçkilərdən əvvəl Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə qarşı əsassız ittihamlar artdı. Eyni vaxtda Saakaşvilinin baxışlarını bölüşən “Rustavi-2” kanalına qarşı “Gürcü arzusu”nun hücumları başladı”.

Siyasi müşahidəçi hesab edir ki, diqqətin digər hadisələrdən yayındırılması və yalan məlumatın verilməsi ilk deyil. Kaylanın fikrincə, bütün bunlar Rusiya daxilində istehlaka yönəldilir: “Növbəti hadisə Rusiya turistlərinin olduğu təyyarənin Misirin Sinay yarımadasında dəhşətli partlayışı oldu. Bu hadisəni dərhal Ukrayna cəbhəsində rusiyayönümlü qüvvələrin hücumlarının qəfildən yeniləməsinə gətirib çıxardı. Eyni zamanda Rusiya KİV-lərində fikirlərin axını başladı ki, terror aktına MKİ və hətta Britaniya MI-6 cəlb oluna bilər. Ukraynada yerli seçkilər ərəfəsində Saakaşvilinin telefon danışıqları haqqında xəbər yayıldı. İddiaya görə, Saakaşvili tərəfdarlarını Gürcüstanda dövlət çevrilişinə çağırırdı. İddia edilirdi ki, “Wikileaks Ukraine” iddiaların mənbəyidir.

Diqqətdən qaçırmayaq ki, Odessa şəhərində mer postu uğrunda Saakaşvilinin namizədi ilə rusiyayönlü namizəd mübarizə aparırdı. Ukraynada yerli seçkilər Moskva üçün nə dərəcədə məna kəsb etdiyini də yaddan çıxarmayaq”.

Müəllif əlavə edir ki, Saakaşvili gürcü hökumətinə fiziki müqaviməti dəstəkləyir: “Bu onu göstərir ki, Saakaşvili “Gürcü arzusu”nu devirmək üçün Tiflisdə təxribat törətməyə çalışır. Bu Odessa əhalisinə bir mesajdır ki, Saakaşvili həminki bədbəxtlikləri Odessaya gətirəcək”.

“Kremlin geostrategiyası məhz bunu tələb edir. Bunu “Soyuq müharibə” dövründə də anlayırdıq. Və bunu yenidən anlamağın vaxtıdır”, - Keylan yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.