Parisdə partlayışlar və atışma nəticəsində azı 150 nəfərdən çox adam ölüb VİDEO

14-11-2015, 07:48           

Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Parisin “Blaklan” teatrında girovların azad edilməsi üçün keçirilən əməliyyatda 112 nəfər ölüb.

Təqribən 40 nəfər Parisin digər yerlərində ölüblər.

Parisin Stade de France stadionu yaxınlığında Fransa-Almaniya yoldaşlıq matçı zamanı bir neçə partlayış baş verib.

Prezident Fransua Ollandın da stadionda canlı izlədiyi Fransa–Almaniya dostluq görüşü zamanı stadionun kənarında partlayışlar eşidilib. Dövlət başçısı stadiondan çıxararaq birbaşa Daxili İşlər Nazirliyinə gedib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.