“ABŞ gərək bizi və xristianları dəstəkləyəydi” - Kürd lider
8-02-2016, 20:13
Suriya kürdləri müstəqillik və minimal federalizm tələb edirlər.
Axar.az xəbər verir ki, bunu Rusiyanın “Oqonyok” jurnalına müsahibəsində Suriya Kürdləri Milli Assambleyasının Prezidenti Abbas Şerko söyləyib. Onun sözlərinə görə, Suriya artıq unitar dövlət kimi parçalanır:
“Suriyalı kürdlər nə Bəşər Əsəd, nə radikal islamçılar, nə də müxalifətin müttəfiqidir. Təəssüf ki, ABŞ lazım olan qüvvəyə dəstəyini vermir. Vaşinqton gərək bizi, xristianları və digər azlıqları dəstəkləyərdi ki, Suriyada daha demokratik sistem qura bilsin. ABŞ yalnız sünnilərin, ərəb dövlətlərinin, Türkiyənin maraqlarını müdafiə edir”.
Qeyd edək ki, Suriyanın şimalındakı kürd təşkilatları bir müddət öncə Cenevrədə keçirilən Suriya ilə bağlı danışıqlara buraxılmayıblar. Rusiyanın qəti etiraz etməsinə baxmayaraq, konfrans iştirakçısı olan dövlətlər buna məhəl qoymayıblar.