Marketinqlə aldadılan və müflis edilən əhali

Bu gün, 08:54           
Marketinqlə aldadılan və müflis edilən əhali
Ailə büdcəsinin idarə edilməsi dövrümüzün ən böyük çətinliyidir. Marketinqlə vətəndaşları aldadaraq hər an onları xərcə salırlar.
Bu dəfə diqqətinizi bir məqama çəkmək istəyirəm.
Yaşlı nəsil xatırlayar, sovetlər dövründə (qətiyyən həmin dövrü tərifləmək niyyətində deyiləm. R.A) ərzaq mağazalarında nə alacağına adətən vətəndaş özü qərar verirdi. Məsələn faktiki büdcəsi 100 qram şəkər tozu və ya 200 qram çay almağa yetən vətəndaş da mağazaya girə bilirdi. Əgər sizə 200 qram mal əti, 200 qram şəkər tozu, 200 qram quru çay lazım idisə tərəziyə yaxınlaşıb büdcənizə uyğun istədiklərinizi ala bilirdiniz.
TEREF yazır ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyir. Fikirlərini davam etdirərək Razi Abasbəyli deyir:
Nəticədə siz tələbə, təqaüdçü, mənzildə tək yaşayan bir nəfər olaraq günlük büddcənizə uyğuun sizə lazım olan hər şeyi ala bilirdiniz. Eyni zamanda aldıqlarınız artıq qalmır, israfçılıq da olmurdu. Əgər növbəti gün sizə təkrar digər ərzaqlar lazım olacaqdısa, o zaman da bir nəfər üçün yetərli səviyyədə məhsul ala bilirdiniz.
Amma indi siz bunu edə bilmirsiniz. Ölkənin pərakəndə ərzaq dükanları şəbəkələşib. Sizə təklif edilən qənd, çay, şəkər tozu və sair öncədən qablaşdırılıb. Yalnız kolbasa, sosiska və meyvə tərəvəzdən başqa zəruri olan digər ərzaqlarınızı ala bil mirsiniz.
Məsələn sizə 200 qram un, 200 qram şəkər tozu, 200 qram şəkər, 300 qram qarabaşaq və ya 200 qram qarğıdalı yağı lazımdır. Siyahını genişləndirmək olar. Lakin siz bunu ala bilmirsiniz.
Yəqin xatırlayanlar olar. Bir zamanlar hətta mağazalarda bir çörəyin yarısını da almaq mümkün idi. Çünki axşam çörəyin yarısını yeyən vətəndaş səhər yenidən mağazadan yeni çörəyin yarısını ala bilirdi. Beləcə çörək israf olmur və vətəndaş büdcəsinə qənaət etməklə yanaşı həm da yaxşı qidalana bilirdi.
Teref yazır ki, Razi Abasbəyli faktları göstərərk deyir:
İndi ərzaq marketinqi təkcə bu şəkildə vətəndaşların istehlak hüququnu pozmur. Eyni zamanda qiymətlər də baha olur. Məsələn indi 1 kq şəkər tozu 1 manat 35 qəpiikdir. Qablaşdırma zamanı 700 qramlıq şəkər tozunu "endirim" yalanı ilə sizə 1 manat 17 qəpiyə satırlafr. Həm də sizə 70 qəpiklik, yəni 500 qram şəkr tozu lazım olsa marketdə onu sizə tərəzidə çəkib verən olmayacaq.
Düşünürəm ki, hökumət istehlakçıların tapdanan bu hüquqlarını bərpa etməlidir. Vətəndaşa məcburi marketinqlə ərzaq satışı zamanı hüquqlarının pozulması barədə məlumat verilməli, marketlər qarşısında tələb qoyulmalıdır.
Beləcə həm vətəndaş ailə büdcəsinə qənaət etmiş olur, həm də ərzaq məhsullarının israfı baş vermir.
Düşünürəm ki, bu çox faydalı olar.
Razi Abasbəyli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.