Həbsxanada mayoru qətlə yetirən azərbaycanlı baş praporşik dünyasını dəyişib

27-02-2016, 09:55           
Həbsxanada mayoru qətlə yetirən azərbaycanlı baş praporşik dünyasını dəyişib
Rusiyanın Komi Respublikasının Sıktıvkar şəhər xəstəxanasında azərbaycanlı baş praporşik Ş.Əliyev komadan ayılmayaraq vəfat edib.
"Report" "Komiinform"a istinadən xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsinin Respublika üzrə İstintaq Komitəsi təsdiq edib.
Müstəntiqlər mayor Xəlil Həsənovu qətlə yetirməkdə şübhəli bilinən Ş.Əliyevi dindirə bilməyiblər. Çünki o, hadisəni törətdikdən sonra xidməti silahı ilə özünü də vurub.
Cinayət 27 yanvar 2016-ci il tarixində Mikun şəhərciyində yerləşən 31 saylı qadın təcridxanasının darvazası önündə baş verib. Baş praporşik məhbus maşınının çıxmasını gözləyərkən, əraziyə bayır tərəfdən öz maşını ilə onun köhnə tanışı X.Həsənov gəlib. Bu zaman Ş.Əliyev silahını çıxardaraq ona atəş açmağa başlayıb. Zərərçəkən başından güllə yarası alıb və hadisə yerində keçinib. Ş.Əliyev ardınca özünü güllələmək istəsə də, cəhdləri boşa çıxıb: birinci güllə körpücük sümüyünə, ikinci isə qarın boşluğuna düşüb.
Hadisə şəxsi ədavət zəminində baş verib.
Yaralı Ş.Əliyev xəstəxanaya aparılıb və orada bir aya yaxın koma vəziyyətində qaldıqdan sonra iki gün əvvəl dünyasını dəyişib. Ş.Əliyevin nəşi Azərbaycana gətirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.