İdmanla məşğul olanlar üçün səhər yeməyində nə olmalıdır?

20-06-2025, 09:08           
İdmanla məşğul olanlar üçün səhər yeməyində nə olmalıdır?
Fiziki aktiv şəxslər üçün səhər yeməyi bədənin enerji balansını təmin edən əsas amillərdəndir.
Bu barədə idman diyetoloqu Marina Kuşkova danışıb. Onun sözlərinə görə, məşqdən əvvəl qəbul edilən səhər yeməyi qanda şəkəri sabit saxlayır və əzələ parçalanmasının qarşısını alır. Səhər yeməyində zülal və kompleks karbohidratlar birlikdə yer almalıdır.Yumurtalı omlet, bananla yulaf sıyığı və ya az yağlı kəsmik ideal seçimlərdəndir. Kuşkova əlavə edir ki, qəhvəyə üstünlük verənlər onu yeməkdən sonra içməlidirlər. Məşqdən sonra isə su itkisinin qarşısını almaq və əzələ bərpası üçün proteinli içkilər faydalıdır. Yağlı və şirin qidalardan uzaq durmaq lazımdır.Hər bir pəhriz şəxsin məşq intensivliyinə görə fərqlənməlidir. Əgər səhərlər ağır yemək mümkünsüzdürsə, az miqdarda meyvə və qoz da alternativ ola bilər. Mütəxəssis qeyd edir ki, aclıqla edilən idman uzunmüddətli dövrdə bədəni zəiflədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru