"Əsəd kimyıvi silahdan istifadə edəcək"- İsrail Müdafiə naziri
2-03-2016, 02:54
Suriya rejimi atəşkəs zamanı mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə edərək 5 illik daxili müharibəni bitirmək istəyir.
Axar.az xəbər verir ki, bu sözləri İsrailin Müdafiə naziri Moşe Yalon deyib.
“Suriya rejiminə sadiq əsgərlər kimyəvi silahlardan istifadə edir. Atəşkəsin başladığı günlərdə mülki əhaliyə qarşı xlor qazı tətbiq edilir”, - Yalon vurğulayıb.
Qeyd edək ki, bəzi mənbələrdə İsrailin gizli şəkildə Əsəd rejiminə hərbi yardımlar etdiyi bildirilir.