Adil Vəliyev neft borusu üzərində market tikdirdi

19-06-2025, 12:42           
Adil Vəliyev neft borusu üzərində market tikdirdi
Rahatlıqla tikilən RAHAT market haqlı narahatlıq doğurur

Son dövrlərdə Bakı şəhərinin Sabunçu rayonunda qanunsuz tikinti halları misli görünməmiş şəkildə artıb. Bu artım sadəcə təsadüfi və ya nəzarətsiz fəaliyyət deyil – bu, sistemli bir biganəliyin, şəxsi maraqların və vəzifə səlahiyyətlərinin sui-istifadəsinin nəticəsidir. Bu xaotik vəziyyətin mərkəzində isə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev dayanır. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rahon ərazisindən keçən neft borularının üzərində RAHAT market tikdirib. Bu barədə redaksiyamızı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bəzi yetkililər neft borularının üzərində market inşasına etiraz etsə də, Adil Vəliyev bu şəxslərin hamısını susdurmağa nail olub.

Onu da qeyd edək ki, bu, Adil Vəliyevin Sabunçu rayonu ərazisində həyata keçirdiyi ilk belə özbaşınalıq deyil. İcra başçısı bundan öncə də oxşar statusda olan onlarla ərazidə bu cür qanunsuz əməllər gerçəkləşdirib. Gələn yazılarımızda oxucuları bu barədə daha ətraflı şəkildə məlumatlandıracağıq.
/cumhuriyyet.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru