Anar Bayramov rəhbəri olduğu agentlik Kəmaləddin Qafarovun şirkətindən 113 min manatlıq alış-veriş edir

19-06-2025, 12:34           
Anar Bayramov rəhbəri olduğu agentlik Kəmaləddin Qafarovun şirkətindən 113 min manatlıq alış-veriş edir
Reaktivlərin alınması ilə bağlı "Azəri Med" QSC ilə 113 min manatlıq müqavilə bağlanıb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi reaktivlərin satın alınması məqsədilə "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti ilə 113 406,01 manat məbləğində müqavilə bağlayıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Lakin mətbuatda yayımlanan və təkzib olunmayan məlumatlara əsasən, “Azəri Med”in əslində Milli Məclisin deputatı Kamaləddin Qafarova məxsus olduğu bildirilir.

Qeyd edək ki, “Azəri Med” xəstəxana, aptek və distribyutorları əczaçılıq məhsulları, tibbi cihazlar, sərf materialları və qida əlavələri ilə təmin edir. Şirkətə həmçinin “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aptek” kimi brendlər də daxildir.

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru