15-dən çox ölkə neft hasilatının dondurulmasına razılıq verib
2-03-2016, 09:59
15-dən çox ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razı olduğunu ictimai şəkildə təsdiq edib.
Bunu Rusiya energetika naziri Aleksandr Novak deyib.
“Əslində, bu günə olan məlumata əsasən, 15 ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razılığını bildirib. Lakin bu bəyanatların təsdiqlənməsi üçün nazirlər səviyyəsində görüş keçirib bu qərarı təsdiq etmək lazımdır”, - nazir vurğulayıb.
Novak əlavə edib ki, hətta İran bu razılaşmaya qoşulmasa belə, neft hasilatının dondurulması öz effektini göstərəcək. Bunula belə, nazir qeyd edib ki, "qara qızıl"ın qiyməti 2014-cü ildəki səviyyəsinə qayıtmayacaq.