ABŞ prezidenti Barak Obama prezident Vladimir Putinlə telefon danışığında Rusiya həbsxanasında saxlanılan ukraynalı pilot Nadejda Savçenko ilə bağlı xəbərdarlıq edib.
Bu barədə ABŞ-ın Rusiyadakı səfiri Uill Stivens bildirib.
Onun sözlərinə görə, Obama həmkarnna bildirib ki, qeyri-qanuni həbs olunanları, eləcə də Savçenkonu Minsk danışıqlarına uyğunn olaraq azadlığa çıxarsın.
İki dünya lideri arasında telefon danışığı martın 14-də olub.
Xatırladaq ki, N. Savçenko Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin ölümü ilə nəticələnən hücumun təşkilində təqsirləndirilir. (qafqazinfo)