DİQQƏT! Azərbaycanda ət bahalaşacaqmı? Məhdudiyyət tətbiq edildi

Bu gün, 00:10           
DİQQƏT! Azərbaycanda ət bahalaşacaqmı? Məhdudiyyət tətbiq edildi
Azərbaycana bir neçə ölkədən ətin idxalına məhdudiyyət qoyulub. Siyahıda bu dəfə Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarının adı var. İdxala məhdudiyyət adı çəkilən ölkələrin müxtəlif regionlarında heyvanlar arasında dabaq, blutanq, nodulyar dermatit, yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə bağlıdır. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev qeyd edib ki, ölkəmizə ət əsasən Hindistan, Braziliya, Belarusdan, ən çox qoyun əti isə Monqolustandan idxal edilir. Xaric ölkələrdən Azərbaycana ət idxalına edilən məhdudiyyət ətin qiymətinə necə təsir edə bilər?

Məsələ ilə bağlı iqtisadçı Əyyub Kərimli Referans.az-a açıqlama verib. O deyib ki, ümumiyyətlə ölkəmizə yalnız adları çəkilən ölkələrdən deyil həm də digər dövlətlərdən ət idxal olunur. Bu ölkələr içərisində Belarusiya, Rusiya və Moldova kimi ölkələr var.
Əyyub Kərimli hesab edir ki, tətbiq edilən məhdudiyyətlər öz təsirlərini göstərsə də əhəmiyyətli təsirləri olmayacaq.

Əlbəttə ki, hazırda toyların mövsümüdür və qarşıdan da bayramlar gəlir. Təbii ki, yaxşı olar ki, bu məhdudiyyətlər olmasın. Amma həqiqətən də viruslarla bağlı olaraq bu məhdudiyyətlər edilirsə o zaman Azərbaycan idxalçıları digər ölkələrdən ət gətirilməsinə çalışmalıdırlar. İqtisadi dillə desək şaxələndirmə - differsianallaşdırma olmalıdır. Bu barədə düşünülməlidir.

“Nəzərə alsaq ki, məhdudiyyət tətbiq edilən ölkələrin içərisində Fransa və Almaniyadan steyk üçün ətlər gətirilirdi. Bu ətlər hər nə qədər baha olsa da qoyulan məhdudiyyətlər ümumilikdə Azərbaycanda ətin qiymətinə heç bir təsir göstərməyəcəkdir”,- deyə ekspert əlavə edib.

Bünyamin Bünyadzadə

Referans.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.