Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılaşma Rusiya Federasiyasının səyləri sayəsində əldə olundu.
Virtualaz.org xəbər verir ki, bu haqda “İnterfaks”a erməni diplomatik çevrələrindəki mənbə bildirib.
“Razılaşma Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub” - o əlavə edib. Bununla belə, mənbə tərəflər arasında 1994-cü ildə əldə edilmiş razılaşmanın qüvvədə qalacağını, yaxud yeni razılaşmanın imzalanacağını deməkdə çətinlik çəkib.