“Azərbaycan Restaurants” “Best Model of Azerbaijan”ı məhkəməyə verdi

28-11-2024, 17:29           
“Azərbaycan Restaurants” “Best Model of Azerbaijan”ı məhkəməyə verdi
Model yarışları təşkilatçısı olan “Best Model of Azerbaijan” MMC məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, şirkətlə bağlı iddianı ölkənin məşhur restoranlar şəbəkəsinə malik “Azərbaycan Restaurants” MMC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. “Best Model of Azerbaijan” şirkəti iddiaçı tərəflə bağlanmış müqavilənin şərtlərinə əməl etməyib.

İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. 24 dekabr tarixində hakim Ülkər Həsənovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Best Model of Azerbaijani” MMC-nin direktoru Elxan Paşayevdir. İddiaçı tərəf olan “Azərbaycan Restaurants” MMC-nin direktoru isə Vüqar Quliyev Məhəmməd oğludur.
Xatırıladaq ki, “Azərbaycan Restaurant” şirkətinə “Chinar”, “Movida”, “Hard Rock”, “Paris Bistro”, “Tosca”, “Pasifico”, “Buddha Bar”, “Elektra” kimi restoranlar daxildir.

Tərəfləri dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru