Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 16:15
Məşhur geyim və moda brendi "Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.
Dövlət Vergi Xidmətinin məlumatına görə, "Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib.
Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. Şirkətin nizamnamə kapitalı isə 4 milyon 350 min avrodur.
"Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv etməsinin səbəbləri nədir?
İqtisadçı Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, istəlinən şirkət hansısa bazarda müxtəlif səbəblərdən biznesini artıra da, azalda da bilər:
"Hətta yeri gəlsə bağlaya da bilər. "Christian Dior" məhsullarını rahat şəkildə Azərbaycana ixrac edir. Ona görə də düşünür ki, burada onun müəssisəsinin olmasının hər hansı faydası və əhəmiyyəti olmaya bilər".
Konkret şirkətin niyə bağlanmasına gəlincə, Xalid Kərimli bunun iqtisadi-siyasi əsaslandırılmasının mövcud olmadığını deyib.