Suriyada müxaliflər Su-22 qırıcı təyyarəsini vurub. Axar.az xəbər verir ki, Suriya ordusuna məxsus olan qırıcının Hələbdə vurulma anının videosu yayılıb. Qeyd edək ki, az öncə vurulan təyyarənin Rusiyaya məxsus olması barədə yayılan xəbəri də Rusiya Müdafiə Nazirliyi təkzib edib. General İqor Konaşenkov mediaya açıqlamasında təyyarənin Rusiyaya məxsus olmadığını, Suriyanın sərəncamındakı Su-22 qırıcısı olduğunu bildirib. [media=https://www.youtube.com/watch?v=5gdQEds_kts]