Suriyada PKK-ya ağır zərbə: 58 ölü

6-04-2016, 01:02           

Suriyanın müxalif qruplaşmaları Hələb şəhərinin cənubunda yerləşən və PKK-nın Suriya qolu YPG-nin nəzarətində olan Şeyx Maqsud məhəlləsinə doğru hücuma keçib.

Axar.az xəbər verir ki, atışmalar zamanı YPG-nin 58 döyüşçüsü öldürülüb.

Öldürülənlər arasında YPG-nin Şeyx Maqsud üzrə lideri Əbu Rəvanın da olduğu bildirilib.

Şeyx Maqsud məhəlləsi isə qismən müxaliflərin nəzarətinə keçib.

Qeyd edək ki, Suriyanın 4 müxalif qruplaşması birləşərək Hələbin azad edilməsi uğrunda əməliyyatlara başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.