Qaçan ermənilər geri qayıdmırlar:"Rusiya bizi qəbul edəcək"
6-04-2016, 01:20
Cəbhə zonasında üç gün davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər.
Bu barədə Ermənistanın “armenianreport” saytı yazıb.
Sayt qeyd edir ki, Xankəndində insanlar hələ də təşviş içindədir: “Evlərini tərk edənlər geri qayıtmaq istəmirlər”.
Xankəndi sakini Artak Allahverdiyan deyir ki, o, tezliklə Rusiyaya getmək niyyətindədir.
“Ümidimiz Rusiyadır. İnanıram ki, oradakı qardaşlarımız bizi qəbul edəcək, tək qoymayacaq”, - deyə o bildirir.
Xankəndində orta məktəb müəlliməsi Qayena Muradyan da artıq orada yaşamaq istəməyənlərdəndir. Onun sözlərinə görə, döyüşlər başlayandan məktəbin çox müəllimi köçüb gediblər: “Onlar yəqin ki qayıtmayacaq. Belə olanda məktəbin gələcək fəaliyyəti sual altındadır”./publika.az/