ABŞ-ın növbəti dəfə PKK-nın Suriya qoluna silah göndərdiyi üzə çıxdı
9-04-2016, 01:28
ABŞ-ın PKK-nın Suriya qolu PYD-yə növbəti dəfə silah göndərdiyi üzə çıxıb.
Avropa.info Türkiyənin rəsmi Anadolu agentliyinə istinadən xəbər verir ki, iki gün öncə ABŞ vertolyotları Suriyadakı Rümeylan hava limanına silah-sursat gətirib. Həmin silah-sursatın hərbi maşınlara yüklənərək PYD-yə daşındığı qeyd olunur.
Xatırladaq ki, bir müddət öncə də ABŞ-ın PYD-ni silahlandırdığı üzə çıxmışdı. Bu hadisə Türkiyənin kəskin narazılığına səbəb olmuşdu.