“Bakı buna görə çoxlu pul ödəyir” - Roqozin

13-04-2016, 20:18           
“Bakı buna görə çoxlu pul ödəyir” - Roqozin
Hansısa ölkəyə silah yardımı edəndə balansın qorunacağından əmin oluruq.

Axar.az “Exo Moskva”ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Dmitri Roqozin deyib.

Onun sözlərinə görə, sözügedən balans böyük müharibənin meydana gəlməsinin qarşısını alır:

“Biz Azərbaycan və ya Ermənistandan hərbi-texniki dəstəyimizi əsirgəsək, onda iki münaqişə zonası arasında başqa bir üçüncü tərəf peyda olacaq və bu daha böyük qurbanlara gətirib çıxaracaq.

Fransa və Amerika münaqişə tərəflərini silahla təmin edə bilər, biz tərəflərlə təkcə hərbi deyil, həm də siyasi və iqtisadi əməkdaşlığın tərəfdarıyıq.

Son hadisələrdən sonra tökülən qanlar bunu göstərdi ki, artıq sülh prosesinin vaxtı yetişib.

Biz Ermənistanla hərbi-texniki əməkdaşlıq edirik, Azərbaycan isə bizim regiondakı strateji müttəfiqimizdir. Onlar rus silahlarına görə külli miqdarda maliyyə ödəyirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.