İnqilabçı Venesuela prezidenti Nikolas Maduro ABŞ-a üzünü tutaraq barışıq istədiyini bildirib.
Ölkə.Az xəbər verir ki, Venesuelanın mərhum prezidenti Uqo Çavesin zamanından antiamerikan yolu tutmuş bu Latın Amerika ölkəsi son 2 ildə ciddi sosial iqtisadi problemlərlə üz-üzədir.
Son aylar ərzində ölkədə yaranmış ərzaq qıtlığı bir çox şəhərlərdə kütləvi iğtişaşlara və polislə toqquşmalara gətirib çıxarmışdı. Büdcəsinin böyük bir hissəsini neft satışından əldə edən Venesuela yaxın tarixinin ən ağır və dərin iqtisadi böhranı ilə üz-üzədir.
Neftin qiymətlərinin düşməsi və ABŞ-ın tətbiq etdiyi embarqolar Maduronu elə bir çətin vəziyyətdə qoyub və o, nəhayət həmişə lənət oxuyub şər yuvası adlandırdığı ABŞ-a rəsmən münasibətləri düzəltmək üçün müraciət edib.