Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
30-11-2024, 00:11
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə görüş keçirib. Görüşdə Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verib. Məlumatda qeyd olunub ki, Ararat Mirzoyan Cənubi Qafqazda dayanıqlı sülhün qurulması və Ermənistan vətəndaşları üçün daha təhlükəsiz mühitin təmin edilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etsə də, hələ də razılıq əldə olunmayıb. Ermənistan hakimiyyəti sülhün imzalanmasında maraqlı olduqları iddialarını irəli sürür, amma əməlləri ilə bunu inkar etdikləri göz önündədir. Onlar Qərb dövlətləri və digər əlaltıları ilə münaqişənin yenidən alovlanmasına şərait yaradaraq hər cür planlar qururlar.
Politoloq İlyas Hüseynov "Sherg.az"a söyləyib ki, Ermənistan uzun müddətdir ki, regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır:
"Finlandiya rəhbəri ilə danışıqlar regiondakı problemləri müxtəlif güc mərkəzləri ilə müzakirə etməyin mümkünlüyünə hesablanıb. Çünki Avropa "ailəsinin" burada iştirakı Ermənistan üçün daha məqbuldur. Polşa lideri Andjey Duda Ermənistana səfəri, Mirzoyanın Finlandiya Prezdineti ilə görüşməsi və s.-nin mahiyyəti Ermənistanın öözünü sülh tərəfdarı kimi təqdim etməsidir. Ermənistan tərəfi bununla yanaşı, sülh haqqında daha geniş danışıb elə təəssürat formalaşdırmağa çalışırlar ki, sanki Azərbaycan sülhə maraqlı deyil. Guya Azərbaycan Ermənistanın sülh istiqamətlərində təşəbbüslərini inkar edir, daha amnistiyalı təkliflər irəli sürür. Lakin reallıq tamamilə başqadır".
Politoloqun sözlərinə görə, Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır:
"Rəsmi İrəvan qanunvericilik müstəvisində dəyişiklik etməkdən boyun qaçırır. Bununla yanaşı sürətlə silahlanır, müxtəlif silah mənbələrini formalaşdırmağa çalışır. Hətta Hindistan, Fransa, Yunanıstan kimi dövlətlərdən bu sövdələşmələri əldə etmək şərtləri icra olunur, ayrı-ayrı logistik marşurutlar formalaşdırılır. Amma Paşinyan dildə qeyd edir ki, Ermənistan sülh sazişinin imzalanması üçün siyasi iradəyə malikdir və sözügedən sazişin imzalanması mümkündür. Onlar xarici ünsürlərə göstərməyə çalışırlar ki, Ermənistanın xarici siyasətinin əsas prioriteti Azərbaycanla nizamlanmadır. Beynəlxalq auditoriyanı çaşdırmağa yönəlmiş addımlar isə heç nəyə gətirib çıxarmır və nəticədə sülh əldə etmək də mümkün olmur. Bunun əsas günahkarı rəsmi İrəvan və onun siyasi elitasıdır".