"Real Madrid" irqçiliyə görə azyaşlı azarkeşini cəzalandırıb

30-11-2024, 10:34           
"Real Madrid" irqçiliyə görə azyaşlı azarkeşini cəzalandırıb
Madridin “Real” klubu azyaşlı azarkeşini braziliyalı futbolçu Vinisius Juniora qarşı irqçi ifadələr səsləndirdiyinə görə cərimələyib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun açıqlamasına görə, azyaşlı Vinisiusa baş verənlərə görə üzr istəyən məktub göndərib. Nəticədə ona stadionlara bir il müddətinə giriş qadağası qoyulub və məhkəmədənkənar qaydada cərimə tətbiq edilib. Cərimənin məbləği açıqlanmır.

Hadisə 18 fevral 2024-cü ildə ölkə çempionatında keçirilən “Rayo Valyekano” ilə “Real” arasında oyun zamanı baş verib.

Milli çempionatın turnir cədvəlində Madridin “Real” klubu 30 xal toplayaraq ikinci yerdə qərarlaşıb. “Kral klubu” lider “Barselona”dan dörd xal geri qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru