Laricani uzaqlaşdırıldı – İranda nə baş verir?
Bu gün, 07:04
İranda Xameneinin varisinin kim olacağı məsələsi geniş müzakirə mövzusudur. Tribunainfo.az xəbər verir ki, əksər proseslərin yeni varisin kimliyi üzərində qurulduğu da aşkar görünür.
Dünən Xamineyinin ofisində qəribə bir hadisə baş verib. Belə ki, İranın dini liderinin müşaviri olan keçmiş spiker Əli Laricaninin vəzifəsi dəyişdirilib. O, İran İncəsənət Kredit Fondunun İdar Heyətinin rəhbəri təyin edilib.
Laricani İranın dini lider postuna namizədlərdən biri hesab olunur. O, böyük bir nəslin nümayəndəsi olmaqla yanaşı, həm də kifayət qədər varlı bir ailənin üzvüdür. Hətta o, dini lider postuna iddia etməsə belə, dəstəkləyəcəyi şəxsin uğur qazanma ehtimalı çox böyük hesab olunur.
Görünür, Laricani əsas namizədlərdən biri olması səbəbindən ona qarşı bu addım atılıb. Siyasət ustası kimi tanınan birinin incəsənət fonduna təyinat alması o deməkdir ki, onu nə din, nə də siyasət işlərinə buraxmaq istəmirlər.
Tribunainfo.az xəbər verir ki, keçmiş prezident Haşimi Rəfsəncaninin keçmiş müşaviri Qulam Əli Rəcai isə bildirib ki, hazırda əsas məsələ elə liderliklə bağlıdır. “Hazırda bizim ən mühüm məsələmiz Amerika ilə münasibət deyil, Xamineyinin varisinin, gələcək liderin kimliyi məsələsidir”.