Gürcüstanda keçirilən etiraz aksiyasında bir polis əməkdaşı yaralanıb

30-11-2024, 00:15           
Gürcüstanda keçirilən etiraz aksiyasında bir polis əməkdaşı yaralanıb
Gürcüstan DİN: Tbilisidə parlament yaxınlığında keçirilən mitinq zamanı bir polis əməkdaşı xəsarət alıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Etirazçıların bir qismi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya girib, onları sözlə təhqir edib, işıqlandırma qurğularını və digər avadanlıqları zədələyib. Həmçinin elektrik naqillərini yandırıblar”,- deyə nazirliyin bəyanatında bildirilib.

Etirazlar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına üzvlük üçün danışıqların başlanması məsələsinin 2028-ci ilə qədər təxirə salınması ilə bağlı qərarını açıqlamasından sonra başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru