Türkiyədən İdlibdəki hadisələrə münasibət

Bu gün, 08:08           
Türkiyədən İdlibdəki hadisələrə münasibət
İdlib və ona bitişik bölgədə sülhün qorunması Ankara üçün prioritet məsələdir.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Ömcü Keçeli deyib.

Qeyd olunub ki, 2017-ci ildən bəri İdlibdə gərginliyin azaldılması ilə bağlı bəzi razılaşmalar əldə olununub və Türkiyə tərəf olduğu müqavilələrin tələblərini dəqiqliklə yerinə yetirir.

“İdlibə qarşı son hücumların Astana razılaşmalarının ruhuna və fəaliyyətinə xələl gətirəcək, ciddi mülki itkilərə səbəb olacaq səviyyəyə çatdığına dair müxtəlif beynəlxalq platformalarda lazımi xəbərdarlıqlar etdik və bu hücumların dayandırılmasının vacibliyini qeyd etdik.

Əslində son günlər baş verən qarşıdurmalar regionda gərginliyin arzuolunmaz şəkildə artmasına səbəb olub. Yeni və daha böyük qeyri-sabitliyin yaranmaması və mülki əhalinin zərər görməməsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”, – deyə XİN sözçüsü vurğulayıb./Globalinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.