Xarici İşlər nazirliyi Qazaxıstana başsağlığı verib
8-04-2024, 10:14
Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.
Herbiand.az xəbər verir ki, bu barədə ölkə xarici siyasət idarəsinin "X" hesabında paylaşım edilib.
"Qardaş Qazaxıstanda baş verən dağıdıcı daşqınları dərin hüznlə qarşıladıq. Bu fəlakətdən zərər çəkən insanlara şəfa diləyirik, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Qardaş Qazaxıstanın xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik",- məlumatda qeyd olunub.