İsrailin xarici işlər naziri İranı quldurluqda ittiham etdi - FOTO
14-04-2024, 09:41
Hörmüz boğazında İsrail gəmisinin ələ keçirilməsindən sonra ölkənin xarici işlər naziri İsrael Katz İranı beynəlxalq hüququ pozmaqda və quldurluq əməliyyatı keçirməkdə ittiham edib.
O, həmçinin Avropa İttifaqını (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb.
Bu barədə İsrael Katz özünün “X” hesabında paylaşım edib. “HƏMAS-ın cinayətlərini dəstəkləyən cinayətkar İran rejimi hazırda beynəlxalq hüququ pozaraq quldurluq əməliyyatı həyata keçirir. SEPAH İsrailə məxsus olduğunu iddia edərək, Aİ üzvü olan bir ölkəyə - Portuqaliyaya məxsus mülki yük gəmisini ələ keçirib”, - deyə o, paylaşımda bildirib.
The Iranian Revolutionary Guard Corps have seized a Portuguese civilian cargo ship, belonging to an EU member, claiming Israeli ownership.
The Ayatollah regime of @khamenei_ir is a criminal regime that supports Hamas' crimes and is now conducting a pirate operation in violation…