Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət edib - KİMSƏ QARDAŞIMI FİZİKİ OLARAQ MƏHV ETMƏYİ QƏRARA ALIB

4-05-2024, 08:44           
Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət edib -
Cahangir Hacıyevin bacısı İlham Əliyevə müraciət edib - KİMSƏ QARDAŞIMI FİZİKİ OLARAQ MƏHV ETMƏYİ QƏRARA ALIB
Hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Prezident İlham Əliyevə müraciət edib.
Müraciətinin bir surətini Gununsesi.Az-ya yollayan Əminə Hacıyeva qardaşının həbsxanadakı dözülməz şəraitindən şikayətlənib:
“Bir sıra ağır xroniki xəstəliklərdən əziyyət çəkən qardaşım Cahangir Hacıyev səkkiz il yarımdır ki, həbsdədir. Səkkiz ildir ki, biz Penitensiar Xidmətin ona minimal tibbi yardım göstərilməsini və həkim nəzarətini təmin etməsinə nail olmağa çalışırıq. Bu illər ərzində o, dəfələrlə ürəkağrısı, təzyiq, hipertonik böhranlar, hormonal, immunitet sistemlərinin kəskinləməsi və mədəaltı vəzi tutmalarına məruz qalıb. Hətta bir dəfə təcili yardım çağırıblar. Dəfələrlə müraciətlərimizə baxmayaraq, onu mərkəzi tibb müəssisəsinə və koloniyanın özündəki sanitariya hissəsinə köçürməkdən imtina edirlər”.

Hazırda qardaşının minimal yaşayış və yemək şəraitindən məhrum edildiyini vurğulayan Hacıyeva bildirir ki, onun vəziyyəti kəskin şəkildə pisləşib:

“Mayın 1-dən ac qalır və vəziyyəti hər gün pisləşir. Bizim (mənim və vəkillərin) müraciətlərimizə baxmayaraq, Penitensiar Xidmətin rəhbəri bizi qəbul etmir. Odur ki, belə təəssürat yaranır ki, kimsə Cahangiri fiziki olaraq məhv etməyi qərara alıb.”

Böyük ümidlə sizin qərarınızı gözləyəcəyəm.

Dərin hörmətlə, Əminə Hacıyeva












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.