Ağ Ev yaxınlığında Çinin nümayəndə heyətinə hücum edilib, xəsarət alan var

31-01-2019, 07:48           
Ağ Ev yaxınlığında Çinin nümayəndə heyətinə hücum edilib, xəsarət alan var
Naməlum şəxs ABŞ-da, Ağ Evin binası yaxınlığında avtomobil karvanına hücum etməyə çalışıb.

"Report"un məlumatına görə, bu haqda ABŞ-ın məxfi xidmətinə istinadən "NBC" telekanalı bildirib.

Telekanalın məlumatına görə, hadisə zamanı azı bir nəfər xəsarət alıb. Hücum edən şəxs avtomobil karvanının hərəkətinə mane olmağa çalışarkən saxlanılıb.

Məlumata görə, söhbət Vaşinqtonda səfərdə olan Çin Xalq Respublikası nümayəndə heyətinin avtomobil karvanından gedir.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Daha əvvəl Birləşmiş Ştatların Texas ştatının Hyuston şəhərində atışma olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.