“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ

Bu gün, 00:07           
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” -
Kəlbəcər rayonu, Zar kənd sakini İbrahimov İntiqam Nadir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ailəsini yaşadıqları mənzildən məcburi çıxarırlar:

“Mən, İbrahimov İntiqam Nadir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2014-cü ildən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni çoxmərtəbəli yaşayış binaları kompleksində yerləşmişəm. Bu günə qədər də orada yaşayıram. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məhkəməyə müraciət edərək, bizim evdən çıxmağımız barədə qətnamə qəbul etdirib. Hal-hazırda iş icradadır. Gəncə şəhər İcra və Propasiya şöbəsinin məmurları evin boşaldılması ilə bağlı bizə təzyiq edirlər.

10 ildir adıçəkilən mənzildə yaşayıram. Bizi 3-5 aya, uzağı ya 1 ilə Kəlbəcər rayonunun Zar kəndinə köçürəcəklər. Möhlət vermirlər ki, vətənimizə qayıdanda bu evləri onlara təhvil verib gedək.

Qeyd edim ki, məsələ ilə bağlı icra başçısı Azər Qocayevin qəbulunda olmuşam. Mənə deyir ki, sən cinayətkarsan, dövlətin mənzilini mənimsəyibsən. Mən Azərbaycan vətəndaşı deyiləm? Məni təhqir edərək qəbuldan yarımçıq çıxardılar...

Himayəmdə azyaşlı uşaq var. Əsgər atasıyam. Yoldaşım 2-ci qrup əlildir. Ailəmiz acınacaqlı durumda yaşayır”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə məlumat verilib. Məsələni araşdırıb, məlumat verəcəklərini bildirdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.