“Oskar”a namizədlər açıqlandı - TAM SİYAHI

24-01-2025, 08:24           
“Oskar”a namizədlər açıqlandı - TAM SİYAHI
Kino Sənətləri və Elmləri Akademiyası 2024-cü il üçün “Oskar” mükafatına namizədləri açıqlayıb.

TNS xəbər verir ki, 97-ci mükafatlandırma mərasimi martın 2-də “Dolby Theatre”də baş tutacaq.

Ən yaxşı film: “Anora”, “Brutalist”, “Bob Dilan: Naməlum”, “Konklav”, “Dyun 2”, “Emiliya Peres”, “Mən hələ də buradayam”, “Nikel oğlanlar”, “Substansiya”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”.

Ən yaxşı rejissor: Şon Beyker – “Anora”, Breydi Korbet – “Brutalist”, Ceyms Menqold – “Bob Dilan: Naməlum”, Jak Odiar – “Emiliya Peres”, Korali Farca – “Substansiya”.

Ən yaxşı kişi rolu: Edrian Broudi – “Brutalist”, Timoti Şalame – “Bob Dilan: Naməlum”, Kolman Dominqo – “Sinq Sinq”, Reyf Fayns – “Konklav”, Sebastyan Sten - "Şagird: Trampın yüksəlişi”.

Ən yaxşı qadın rolu: Sintiya Erivo – “Pis: Qərbin ifritəsi haqqında nağıl”, Karla Qaskon – “Emiliya Peres”, Mayki Medison – “Anora”, Demi Mur – “Substansiya”, Fernanda Torres – “Mən hələ də buradayam”.

Ən yaxşı orijinal ssenari: “Anora”, “Brutalist”, “Əsl ağrı”, “5 sentyabr”, “Substansiya”.

Ən yaxşı uyğunlaşdırılmış ssenari: “Bob Dilan: Naməlum”, “Konklav”, “Emiliya Peres”, “Nikel oğlanlar”, “Sinq Sinq”.

Ən yaxşı vizual effektlər: “Yad: Romul”, “Daha yaxşı olmaq: Robbi Uilyams hekayəsi”, “Dyun 2”, “Meymunlar planeti: Yeni çarlıq”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”.

Ən yaxşı səs: “Bob Dilan: Naməlum”, “Dyun 2”, “Emiliya Peres”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”.

Ən yaxşı qısametrajlı film: “Girov”, “Anuya”, “Mən robot deyiləm”, “Sonuncu reyncer”, “Səssiz qala bilməyən adam”.

Ən yaxşı dizayn: “Brutalist”, “Konklav”, “Dyun 2”, “Nosferatu”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”.

Ən yaxşı orijinal mahnı: “Brutalist”, “Konklav”, “Emiliya Peres", “Pis: Qərbin ifritəsi haqqında nağıl”, “Vəhşi robot”.

Ən yaxşı saundtrek: “Brutalist”, “Konklav”, “Emiliya Peres”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”, “Vəhşi robot”.

Ən yaxşı sənədli film: “Qara qutu gündəlikləri”, “Başqa torpaq yoxdur”, “Forfor müharibəsi”, “Dövlət çevrilişinə saundtrek”, “Şəkər qamışı”.

Ən yaxşı cizgi filmi: “Axın”, “Tərs üz 2”, “İlbizin xatirələri”, “Uolles və Qromit: Ən vəhşi intiqam”, “Vəhşi robot”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru