Almaniyada parkda bıçaqlı hücum oldu, iki nəfər öldü

23-01-2025, 17:24           
Almaniyada parkda bıçaqlı hücum oldu, iki nəfər öldü
Almaniyanın cənubundakı Aşaffenburq şəhərində parkda bıçaqlı hücum nəticəsində biri uşaq olmaqla, azı iki nəfər ölüb.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

İlkin məlumata görə, Bakı vaxtı ilə saat 14:45-də bir neçə nəfər, o cümlədən uşaq bağçasından olan bir qrup bıçaqlanıb.

Daha sonra polis 41 yaşlı kişi və 2 yaşlı uşağın ölümü barədə məlumat verib. Bundan əlavə, polisin məlumatına görə, xəstəxanadakı iki yaralının vəziyyəti ağırdır.

“Bild” yazıb ki, şübhəli şəxs saxlanılıb. Nəşr qeyd edib ki, o, əvvəllər psixoloji problemlərdən əziyyət çəkən 28 yaşlı Əfqanıstan vətəndaşıdır.

Hadisənin başvermə şəraiti hələ müəyyən edilməyib. \\Viral.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru