Zəncan və Savə şəhərlərində iki məhkum asılıb

23-01-2025, 17:34           
Zəncan və Savə şəhərlərində iki məhkum asılıb
Keçən bir neçə gün ərzində İranın Zəncan, Savə, Məşhəd və Gürgan kimi şəhərlərində edam hökmləri icra edilib.

Çərşənbə günü yanvarın 22-də Savədə tətbiq edilən ölüm cəzası ilə bağlı İranın dövlət agentliyi İRNA məlumat yayıb.

İRNA-nın saytında dərc olunan məlumata görə, Savədə asılan şəxs 2022-ci ilin may ayında “Mərkəzi” vilayətindəki Zərəndiyə şəhərinin polis komandirlərindən birini öldürmək ittihamı ilə mühakimə edilmişdi.

Polis komandiri bir yol qəzasında həyatını itirib. İRNA-nın xəbərinə görə, edam edilən şəxs “avtomobilini polis komandirinin üzərinə sürməklə onu qəsdən öldürməkdən təqsirli bilinərək qisas cəzasına məhkum edilmişdi.”

Sözügedən şəxsin edam hökmü İranın Ali Məhkəməsi tərəfindən də təsdiq edildikdən sonra ölüm cəzası çərşənbə günü səhər saatlarında Savə həbsxanasında tətbiq edilib.

Yanvarın 21-də Zəncanın mərkəzi həbsxanasında tətbiq edilən edam hökmü haqqında isə hüquq müdafiə qurumları məlumat yayıb.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu Zəncanda asılan şəxsin 40 yaşlı Kərim Fəridi olduğunu açıqlayıb. Fəridi də qəsdən adam öldüməkdə təqsirli bilinərək qisas cəzasına məhkum olunmuşdu.

İranda “qəsdən adam öldürmək”də təqsirli bilinən şəxslər qisasa məhkum olunur. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İran qanunlarında qətl aktının dərəcələndirilməməsi səbəbilə niyyət, şiddət və şəraitə baxılmadan təqsirli bilinən bütün şəxslər ölüm cəzasına məhkum olunur. Təqsirləndirilən şəxs məhkum edildikdən sonra qurbanın ailəsindən qisas, diyə və əfv arasında seçim etmələri tələb olunur. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru