İnsan hansı səbəbdən keçəlləşir? - MƏSLƏHƏTLƏR

23-01-2025, 16:48           
İnsan hansı səbəbdən keçəlləşir? - MƏSLƏHƏTLƏR
Gözəl və sağlam saçlar hər kəsin arzusudur. Lakin bəzən saç tökülməsi problemi ilə qarşılaşırıq. Bunun səbəbi orqanizmdə müəyyən maddələrin çatışmazlığı ola bilər.

Oxu.Az-ın "gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə tanınmış rusiyalı endokrinoloq Anna Nevolnikova danışıb.

O, saçların gözəlliyini qorumaqda vitaminlər və mikroelementlərin əhəmiyyətindən bəhs edib.

Mütəxəssisin sözlərinə görə, saç tökülməsinin səbəbi "D" vitamini çatışmazlığı ola bilər. Bu vitamin, hüceyrələrin, o cümlədən saç follikullarının böyüməsi və yenilənməsi prosesində mühüm rol oynayır.

"Orqanizmdə "D" vitamini çatışmazlığı saçların böyüməsinin yavaşlamasına və nazikləşməsinə səbəb ola bilər", - deyə həkim xəbərdarlıq edib.

Həkim saç sağlamlığı üçün digər vacib elementin dəmir olduğunu qeyd edib.

"Dəmir çatışmazlığı zamanı saçlar quru, tutqun və kövrək olur. Dəmir oksigenin hüceyrələrə, o cümlədən saç follikullarına daşınmasında iştirak edir. Kifayət qədər oksigen olmadıqda saçlar öz gücünü və parlaqlığını itirir", - deyə Nevolnikova əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru