Günəşdə nadir hadisə: Qara alov püskürdü

23-01-2025, 17:18           
Günəşdə nadir hadisə: Qara alov püskürdü
Yanvarın 22-də Günəşdə üç saat ərzində nadir bir hadisə - qara plazma püskürməsi müşahidə edilib.

TASS--ın verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının (RAA) Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Belə bir hadisə nadir hallarda baş verir. Alimlərin fikrincə, bu rəng adətən neytral hidrogen tərəfindən istehsal olunur. O qısa dalğalı radiasiyanı demək olar ki, tamamilə udma qabiliyyətinə malikdir.

İnstitutun Günəş astronomiyası və heliofiziki cihazlar laboratoriyasının rəhbəri Sergey Boqaçev bildirib ki, hadisə enerji baxımından zəifdir, lakin qeyri-adiliyi və mistik gözəlliyi ilə diqqət çəkir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru