Milli Təhlükəsizilk Nazirliyinin əməkdaşları şəhid ailəsinə necə divan tutub – ŞOK İDDİA
24-10-2015, 16:15
Son günlər Milli Təhlükəsizlik Nazirliyi ətrafında yaşananlar, baş verən proseslər daha çox cəmiyyətimizin müzakirə etdiyi mövzulardan birinə çevrilib. Buna səbəb, ölkə rəhbərinin müvafiq sərəncamı ilə Eldar Mahmudovun daşıdığı vəzifədən kənarlaşdırılması, yüksək çinli vəzifə sahiblərindən bəzilərinin isə həbs olunmalarıdır. Əslində, dövlətimizin milli təhlükəsizliyinə cavabdeh olan və bu qurumda vəzifə sahibi olanlar, üzərinə düşən vəzifənin icrası ilə deyil, daha çox sakibkarlara, imkanlı şəxslərə qənim kəsildiklərindən, bu gün belə bir acı sonluqla da üz-üzə qalıblar.
Xoşagəlməz cinayət hadisəsi ilə üz-üzə qalan və 2012-ci ildən bəri dövlətimizin ən ali orqanlarının qapısını döyənlərdən biri də, Goranboy rayonu Xanqərvənd kənd sakini, şəhid valideyinləri Əzizov Əsgər Allahverdi oğlu və Əzizova Almaz Murtuza qızıdır. Onlar ayrı-ayrı ali dövlət qurumlarına ünvanladıqları çoxsaylı müraciətlərinin, ərizə və şikayətlərinin heç bir nəticə vermədiyini gördükdən sonra, bu gün üzlərini KİV, o cümlədən “Gündəm Xəbər” qəzetinin redaksiyasına da tutublar. Məqsədləri üz-üzə qaldıqları problemlərinin ictimailəşməsi və haqq səslərini ölkə rəhbəri cənab İlham Əliyevin diqqətinə çatdırmaqdır. Onlar istəyirlər ki, təqdim etdikləri şikayət ərizəsinin nöqtəsinə, vergülünə belə toxunmadan olduğu kimi xəbər saytımızda və “Gündəm Xəbər” qəzetində dərc edək. Biz də şəhidlərimizə və onların valideyinlərinə hörmət əlaməti olaraq, eyni zamanda KİV nümayəndəsi kimi üzərimizə düşən peşə və vicdan borcumuzu yerinə yetirib, onların təqdim etdikləri şikayət ərizəsini olduğu kimi aidiyyəti ali orqanların diqqətinə çatdırırıq.