Baş redaktor könüllü şəkildə SAVAŞA QATILDI

17-10-2020, 09:52           
Baş redaktor könüllü şəkildə SAVAŞA QATILDI
Baş redaktor könüllü şəkildə SAVAŞA QATILDI
Ötən hər gün bizi böyük qələbəmizə daha da yaxınlaşdırır. Müzəffər Azərbaycan əsgəri qarış-qarış torpaqlarımızı yağı düşmən tapdağından azad edir. Arzularımız çiçək açır, ümidlərimizə Günəş doğur. Erməni əsarətində inildəyən yurd yerlərində doğma səslər eşidilir, azadlıq bülbülləri cəh-cəh vurur.

Bütün Azərbaycan xalqının ürəyi Qarabağla döyünür. Bu gün hamımız şuşalıyıq, xankəndliliyik,cəbrayıllıyıq, füzuliliyik...Hər axşam Ali Baş Komandanın verdiyi qələbə müjdələri bizi o böyük günə daha da yaxınlaşdırır. Hamımız əsgərik,hamımız Ali Baş Komandanın əmrinə müntəzirik !

Hər gün yüzlərlə könüllülər cəbhəyə yollanmaq üçün hərbi komisarlıqlara müraciət edir. Bu gün müqəddəs vətən savaşına qoşulanlar arasında cümhuriyyət.az saytının baş redaktoru, həmkarımız, dostumuz Nəsimi Şərəfxanlı da var. O bu savaşı illərdir ki, ruhu ilə, düşüncəsi ilə xəyallarında aparırdı. Bu gün isə “bu müharibəni övladlarımıza buraxmayaq” deyərək cəbhəyə yola düşdü. Qəhrəman əsgərlərimiz Füzuliyə addım-addım yaxınlaşdığı bir vaxtda Nəsimini Bakıda heç kim saxlaya bilməzdi. İllərdir ki, Vətən həsrəti ilə alovlanan ürəyinin yanğısını ancaq o yerlərin sərin dağ küləyi sakitləşdirə bilər. Yurduna xoş gəldin, Nəsimi!

Həmişə xalqa ölkədə və dünyada baş verənlərin xəbərini çatdırmısan. Bu gün artıq özün xəbərsən,özün qələbə xəbərini yazmağa gedirsən. Bu dəfə silahınla...Sənə inanırıq, Qarabağdan bizə şad xəbərlər ver.Həm də gözləyirik, bütün qalib əsgərlərimizlə birlikdə.

Qələbəyə gedən yolunuz açıq olsun !

Nicat Mahmudov
Rubrika.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.