Binəqədi icra başçısının 1-ci müavini həbs olundu

29-07-2016, 23:06           
Binəqədi icra başçısının 1-ci müavini həbs olundu
Xəbər verdiyimiz kimi, bu günlərdə Novxanı, Fatmayı və Goradil kəndlərinin Sumqayıtın inzibatı ərazisinə verilib

Bakunews.az-a daxil olan sensasion məlumata görə bu verilmənin ilginc səbəbi olub. Belə ki, iki ay əvvəl Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun göstərişi ilə Novxanı ərazisindəki "Sumqayıt” işarəsi sökülüb. Söküntü prosesinə birbaşa Binəqədi rayon İcra Hakimiyyəti başçısıinin 1-ci müavini İlqar Süleymanov rəhbərlik edib. Məsələdən xəbər tutan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıcı Zakir Fərəcov hadisə yerinə polis qüvvələrini cəlb edib.

Əlbəyaxa döyüş səhnəsini xatirladan olay zamanı Binəqədi rayon icra başçısınin 1-ci müavini İlqar Süleymanov və təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimov həbs ediliblər. Hər iki şəxs 1 sutkadan artıq polis bölməsində saxlanılıblar. Iş o həddə çatıb ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıcı Zakir Fərəcov binəqədili həmkarının özbaşına qərarından qəzəblənərək "hadısə yerinə Xaləddin isgəndərov gəlsə belə, onun özünü də həbs edin” əmrini verib. Başçılar arasındakı bu "razborka” bir neçə gün əvvəl Binəqədinin inzibati ərazisi sayılan Novxanı, Goradil və Fatmayı kəndlərinin alınaraq Sumqayıta birləşdirilməsi ilə başa çatıb.Vətəninfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru