NARDARANDA “İCRA REKETLİYİ” DAVAM EDİR- Qarabağ əlillərilə reketlər arasında qarşıdurma gözlənilir.
30-07-2016, 19:58
` Soraq verdiyimiz kimi,Nardaranda 25 ildir bağı olan Qarabağ əlilinə bağ evini tikməyə heç bir sənəd,məhkəmə qərarı təqdim etməyən şəxslər mane olur.Qarabağ əlili bu adamlara qarşı konstiusion yolla mübarizə apara bilmir.Polisin 102 xidməti icra hakimiyyətinə qarşı şikayətlərə baxmağa yol verilmədiyini,baş prokurorluğun 161 “qaynar” xidmətisə 1 ay gözləməyi bildirir.Əlillərin 3 maşın betonu,10 kisə sementi və digər tikinti materialları məhv edilib.Polis və prokurorluq isə bunu görmək istəmir.Qarabağ əlilləri məhkəmə yolu ilə də hüququnu qoruya bilmir.Nədən reketlərin heç bir sənəd təqdim etməməsidir.Əslində burada inzibati xəta ilə bağlı qərar qəbul edilməlidir.Lakin buna da əməl edilmir.Ümumiyyətlə,polis dəfələrlə şikayət edilsə də,qanuni tədbir görmədiyindən əlillərlə reketlər arasında qarşıdurma qaçılmazdır.
Artıq qarşudurma da baş verib.Bir saat qabaq bu gün Həbib adlı “komunxoz”un və İsa adlı memarın özü ilə gətirdikləri polislər orada işləyən fəhlələrə zor tətbiq ediblər.”Komunxoz2 isə hasarı da buldozerə verəcəyini bildirib.Özbaşınalığa baxın,102-yə zəng edib,komunxozun memarlığından şikayət edən əlillərə qarşı polis zor tətbiq edir!Belə hüquq olar?Bununla bağlı 102-yə edilən zəngə cavab olaraq həmin polislərin adları tələb olunub.Axı polis adını demir!
..Hazirda bağ sahəsində İcra Hakimiyyəti reketliyi davam edir.
Məğrur Bədəlsoy
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az