Beyləqanda banka hücum edildi

1-08-2016, 09:17           
Beyləqanda banka hücum edildi
Azərbaycanda bank filiallarından birinə basqın edilib. Hadisə “Accessbank” QSC-nin “Beyləqan” filialında qeydə alınıb.

Tezis.az-ın məlumatına görə, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən “Accessbank” QSC-nin “Beyləqan” filialından “həyəcan” siqnalı daxil olub.

Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.

Bu zaman bankın “Beyləqan” filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.

Rəhim Nəbiyev Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru